Məşhur alt paltarı markası olan "Thinx”in yaradıcısı Miki Aqravalın "Burning Man” festivalında etdiyi qeyri-adi hərəkət yenidən müzakirə obyektinə çevrilib.
Medicina.az xəbər verir ki, uşaq dünyaya gətirdikdən 1 ay sonra festivala yollanan 38 yaşlı xanım sahibkar hər 3 saatdan bir südünü sağaraq festival iştirakçılarına paylayıb. Onun südünə isə maraq xeyli çox olub. Bəzi festival iştirakçıları axşam qəbul etdikləri spirtli içkinin təsirindən ayılmaq üçün, bəziləri isə sadəcə latte hazırlamaq üçün onun südünü götürüblər.
Tez-tez sağmadıqda döşlərinin ağrıdığını bildirən Aqraval "bəziləri dadını heç bilmədikləri üçün çox həyəcanlandılar. Susuz qaldığım zaman özüm də içdim. Dadı şirin hind qozu südünə bənzəyir" deyə o, sözlərinə bildirmişdi.
Onun bu hərəkəti isə "ana südünü uşaqdan başqa biri qəbul edə bilərmi” deyə suallara yol açıb.
Ana südü nə qədər faydalı olsa da, mütəxəssislər bildirir ki, onda da bədəndən xaric olan digər mayelərdə olduğu kimi bəzi viral infeksiyalar yaşaya bilər.
Başqasının südünü içərək infeksiyaya yoluxmaq mümkündür. Buna görə də həkimlər başqa qadının südünü içərək ölümcül infeksiyaya yoluxma riskinin artdığını bildirirlər. Bu səbəbdən də Aqraval sosial şəbəkələrdə tənqid olunub.
Arzu
Medicina.az