Türkiyə Səhiyyə Nazirliyinin mütəxəssisi professor Mustafa Necmi İlhan mutasiyalı koronavirus xəstələrinin karantin müddətinin 10 günə qədər uzadıldığını və xəstələrin tək nəfərlik otaqlarda müalicə olunacağını bildirib.
Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, əsas məqsəd mutant olmuş virusla normal virusun birləşib fərqli bir mutasiyanın ortaya çıxmasının qarşısını almaqdır: “10 gün sonra izolyasiyada olan vətəndaş üçün koronavirus testi edilir. Test neqativ olarsa, onu xəstəxanadan çıxarırıq. Neqativlik yoxdursa 48 saat sonra yeniləyir, onda neqativ olarsa izolyasiyasını sonlandırırıq. Əsas məqsəd mutant virusun yayılmasının qarşısını almaqdır. Mutant virusun necə yaranması ilə bağlı heç kimin dəqiq məlumatı yoxdur. Sadəcə 3-nün daha yoluxucu olduğunu bilirik. Ümumiyyətlə, dünyada mutasiya sayı 2 mindir. Bundan başqa, virusun daha öldürücü olduğu deyilir. Hələlik mutant virus olanlarda ölümün artıb-artmadığına aid dəqiq bir şey demək tezdir”.