Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeni anaların ən çox verdiyi 5 SUAL - HƏKİM CAVABLARI

  • 2017.09.26 09:39
  • 18041 Baxış
Yeni anaların ən çox verdiyi 5 SUAL -  HƏKİM CAVABLARI
Yeni ana olmuş qadınların uşaqlarla bağlı bir çox sualları olur. Lakin onlardan bəziləri əksər valideynlərin ortaq problemidir.

 

Medicina.az xəbər verir ki, türkiyəli pediatrlar valideynlərin ən çox narahat edən 5 suala cavab veriblər.


-Körpə qorumasız günəş şüaları altında gəzintiyə çıxarıla bilərmi?


-Günəş şüalarının daha az olduğu səhər və günortadan sonra papaq və ya çətir ilə körpələri gəzməyə çıxarmaq olar.


-Uşağımın gözü çəpdir?


-Körpələrin gözlərinin çəpləşməsi fizioloji haldır və normal sayılır. Ancaq 3 ayını tamamlayan körpədə çəplik müşahidə edilərsə, mütləq göz həkimi müayinəsinə aparılmalıdır.


-Uşaqlı evdə siqaret çəkilməsi nə qədər doğrudur?


-Təbii ki, bu zərərlidir. Yalnız yaxınlığında deyil, eyni ortamda çəkilməsi belə yalnış addımdır. Bu birbaşa körpənin tənəffüs yollarında problemin yaranmasına səbəb olur.


-Qulaqlarını necə təmizləməliyəm?


-Qulaq dəliyinin sadəcə görünən qismini təmizləmək kifayətdir. Dərinliyə qulaq çöpü salmaq yalnış addımdır.


-Uşağı qat-qat geyindirmək düzgün hərəkətdirmi?


-Təbii ki, xeyr. Hava şəraitinə görə təmiz, pambıq, hava keçirə bilən geyimlərdən istifadə etmək lazımdır.