Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeməkdən sonra bu hiss - xərçəngdən ola bilər

  • 2023.09.18 15:55
  • 2445 Baxış
Yeməkdən sonra bu hiss    - xərçəngdən ola bilər
Hər dəfə yeməkdən sonra bir neçə əlamətin davamlı görünməsi həzm orqanları xərçənginin ilk siqnalları ola bilər.


"Medicina" xəbər verir ki, onkoloq Olqa Borisova qida qəbulu ilə diskomfort hissi yaranmamalıdır. Yaranıbsa deməli buna səbəb var.

"Əsasən bu simptomlar qarında ağrı, yeməkdən sonra ürəkbulanma, köp və qusma hissidir.

Hətta ağrı yeməkdən 2 saat sonra ola bilər. Bəzən xəstə bu səbəbdən yeməkdən çəkinər, az yeyər.
Eləcə də xərçəngə məxsus digər əlamətlərə fikir vermək lazımdır: səbəbsiz qızdırma, daha çox 37 dərəcə, öskürək, haksızlıq, iştahsızlıq, limfa düyünlərin böyüməsi və s.

Mədə-bağırsaq xərçənginin yaranma səbəbləri genetik, zərərli qidalanma, infeksiyalar, stress, qidalanma vərdişləridir.

35 yaşdan sonra hər 2 ildən bir mədə yoxlanmalıdır".

Aygün Musayeva