Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yemişi belə yemək təhlükəlidir

  • 2021.06.14 17:01
  • 5078 Baxış
Yemişi belə yemək təhlükəlidir

Yemiş insan orqanizmi üçün çox faydalıdır. Amma düzgün yeyilmədiyi zaman istənilməyən nəticələrə yol aça bilər.

Mütəxəssislər, yemişin yeməkdən 2 saat öncə və ya 2 saat sonra yeyilməlidir.


Medicina.az xəbər verir ki, türkiyəli diyetoloqlar yemişin düzgün yemək formasını açıqlayıblar:


Yemişi çox yemək olmaz. Bu qarında ağırlıq və köp kimi xoşagəlməz hallara səbəb ola bilər. Mütəxəssislər bir dəfəyə 200 qr-dan artıq yeməməyi tövsiyə edirlər.


Yemişdən sonra soyuq su, qatıq, kefir, yoğurt, süd içmək olmaz. Bu köpə, qarında ağrıya yol aça bilər.


Şəkərli diabet, mədə və onikibarmaq bağırsağı xora xəstəliyi, qastrit, kolit (kəskinləşmə dövründə), həzm sisteminin infeksion xəstəlikləri zamanı yemişdən imtina etmək lazımdır.


Doğranmış yemişi soyuducuda uzunmüddət ərzində saxlamayın. Doğranmış yemişdə mikrobların sayı sürətlə artır ki, bu da zəhərlənməyə səbəb ola bilər.