Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yemişdən sonra bunları yeyib-içmək olmaz!

  • 2024.07.02 10:58
  • 940 Baxış
Yemişdən sonra bunları yeyib-içmək olmaz!
Yay fəslinin ən sevimli meyvələrindən biri də yemişdir.

Medicina.az xəbər verir ki, yemiş desert bostan bitkilərindən biridir. Olduqca faydalı və müalicəvi xüsusiyyətləri var.

Yemiş bir çox orqan və sistemlər üçün faydalıdır. Onun tərkibində A, B qrupu, E, PP vitaminləri, bir çox minerallar (kalium, kalsium, maqnezium, sink, mis, dəmir, fosfor və sairə) və qidalı liflər var.

Vitamin, minerallar, həll olunmayan liflər, pektinlərlə zəngin olduğu üçün yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. Sinir sistemi üçün faydalıdır. Yemiş 95% sudan ibarətdir. Yemişi əsasən avqust ayında yemək tövsiyyə olunur.

Yemişin faydalarına gəlincə:

Karotenoid tərkibli bu meyvə xərçəngin qarşısını alır və onun hüceyrələrini məhv edir.

Yemişin tərkibində olan adenozin adlı antikoaqulyant, insult və ya ürək xəstəliyinə səbəb olan qan hüceyrələrinin laxtalanmasını dayandıra bilər. Böyrək xəstəliklərinin müalicəsində də faydalıdır. Hər səhər yemiş yemək böyrək sağlamlığını qorumağa kömək edir.

Yemiş dəriyə, yaşlanmaya qarşı da faydalıdır. Çünki tərkibindəki A, B və C vitaminləri dəriyə ton verir.

Bütün bu faydalı xüsusiyyətləri ilə yanaşı yemiş həm də ağır və çətin həzm olunan məhsul sayılır, qarında ağrı, köp, ishal kimi hallara səbəb ola bilir.

Diyetoloqların fikrinə görə, yemişin yeməkdən sonra, desert kimi yeyilməsi doğru deyil. Çünki digər qidalarla qarışanda yemiş tez-tez həzm problemlərinə səbəb olur. Bu səbəbdən yemişi yeməkdən iki saat əvvəl və ya iki saat sonra yemək lazımdır.

Yemişdən sonra soyuq su, qatıq, kefir, yoğurt, süd içmək olmaz. Onunla yanaşı spirtli içkilər qəbul olunarsa bu ağır ishala səbəb ola bilər.

Bu meyvəni çox yedikdə isə ağırlıq və köp kimi xoşagəlməz hallara səbəb ola bilər.

Şəkərli diabet, xora xəstəliyi, qastrit, kolit (kəskinləşmə dövründə), həzm sisteminin infeksion xəstəlikləri zamanı yemişdən imtina etmək lazımdır.

Uşaq əmizdirən ana da yemiş yeməməlidir. Bu uşaqda həzm pozulmalarına gətirib çıxara bilər.

Mütəxəssislər tövsiyə edirlər ki, doğranmış yemişi soyuducuda uzun müddət ərzində saxlamaq olmaz. Bu zaman onda mikrobların sayı sürətlə artır ki, bu da zəhərlənməyə səbəb ola bilər.