Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeməyimizə zərdəçal əlavə etməyin faydaları

  • 2023.03.29 18:42
  • 2479 Baxış
Yeməyimizə zərdəçal əlavə etməyin  faydaları
Yemək bişirərkən zərdəçal əlavə etmək orqanizmimizə xeyirdir.

Sağlam bir pəhrizə zərdəçalı (sarıkökü) əlavə etmək sağlamlığınızı və toxunulmazlığınızı artırmağa kömək edəcək.

“Medicina” xəbər verir ki, Hindistan və Asiya mətbəxlərində geniş istifadə edilən bu sarı ədviyyatın tərkibində aktiv maddə kurkumin var. İltihab əleyhinə, antioksidant xüsusiyyətlərə malikdir, ürək xəstəliyi, həmçinin Alzheymer və xərçəng riskini azalda bilər.

Ekspertlər zərdəçalın müxtəlif formalarda istifadəsini tövsiyə etdir. Ədviyyat, çay və ya pəhriz əlavəsi kimi istifadə etmək olar. Ədviyyat kimi sulu yeməyə və ya düyüyə əlavə edilir.

Zərdəçall ilə çay hazırlamaq olar. Bunun üçün bir çay qaşığı tozu qaynar su ilə qarışdırmaq, dad üçün bal və limon qoymaq lazımdır.

İnsan üçün zərdəçalın təhlükəsiz miqdarı gündə yarım çay qaşığı tozdur. Zərdəçalın bəzi dərmanlarla qarşılıqlı təsir göstərə biləcəyini də qeyd etmək vacibdir. Ona görə də pəhrizinizə daxil etməzdən əvvəl bir sağlamlıq mütəxəssisi ilə məsləhətləşmək vacibdir.

Aygün Musayeva