Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeməyi ağızda çox çeynəmək xərçəngin qarşısını alır

  • 2023.09.27 20:24
  • 2271 Baxış
Yeməyi ağızda çox çeynəmək    xərçəngin qarşısını alır
Hər yeməyi, tikəni aramla, uzun müddət çeynəmək həzm orqanları xərçənginin qarşısını alır.


“Medicina” xəbər verir ki, qastroenteroloq Dilara Lebedeva bu vərdişin insan sağlamlığı üçün vacibliyindən danışıb.

“Yaxşı çeynəmək həm ağız boşluğu, həm həzm orqanları üçün pulsuz müalicə deməkdir. İnsan çox pis çeynəyib, qidanı bütöv tikələrlə udanda mədə və nazik bağırsağa iri qida lifləri düşür ki, mədə onu tam həzm etmək gücündə olmur.

Nəticədə bu kütlələr bütün həzm sistemi boyu gəzir, zərərli bakteriyaları yedizdirib çoxaldır.

İri liflər mədədə həzm olmur, mədə turşusu ancaq onların üst hissəsini yumşaltmağa macal tapır, nəticədə o olduğu kimi yoğun bağırsağa ötürülür, orda anaerob bakteriyaları yemləyir.


Bu da bağırsaqda, bədəndə çürümə prosesi yaradır. İllərlə davam edən bu qidalanma mədə və kolorektal xərçəngin açar mexanizmi olur.


Ona görə də bağırsaq xərçənginin profilaktikası üçün çox rahat, asta, sakit yemək lazımdır.
Həzm sistemini yaxşı işlətməyin digər üsulu yeməkdən 30 dəqiqə əvvəl isti su içməkdir. Bu öd kisəsi sfinkterini yumşaldır, mədəaltı vəzini aktivləşdirir”.


Aygün Musayeva