Gündə iki dəfədən çox sitrus meyvəsi yeyənlərdə yarana biləcək diş eroziyası yeməyənlərə nisbətən 37 qat daha çoxdur.
Medicina.az xəbər verir ki, türkiyəli diş həkimi Pertev Kökdemir turş qidalar yedikdən sonra dişləri fırçalamağı məsləhət görmür. Onun sözlərinə görə, turş içkilər və qidalar, sitrus meyvələri və protein tərkibli içkilər diş minasını yumşaldır.
Bu qidaları yedikdən sonra dişləri fırçalamaq turşunun diş minası üzərindəki təsirini sürətləndirə və alt təbəqəyə aşındıra bilər.
"Yeməkdə dişlərə yapışan artıqlar qısa zamanda turşuya çevrilir. Yeməkdən dərhal sonra diş fırçalamaq isə o turşunun ağız içində yayılmasına səbəb olur. Turşu diş minasının keyfiyyətini aşağı salır, dözümünü azaldır. Beləcə, dişlər daha da asanlıqla çürüyür. Dişləri yeməkdən dərhal sonra deyil, 1-2 saat sonra fırçalayın",-deyə stomotoloq qeyd edib.