Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yeməkdən sonra bunları etməyin - 5 zərərli vərdiş

  • 2025.04.10 08:33
  • 579 Baxış
Yeməkdən sonra bunları etməyin -  5 zərərli vərdiş

Tox mədədə edilən bəzi vərdişlər həzm sistemini zədələyə və sağlamlıq problemlərinə səbəb ola bilər.

Medicina.az yeməkdən dərhal sonra imtina etməli olduğunuz 5 vərdişi təqdim edir:



1. Dərhal yatmaq

Yeməkdən dərhal sonra uzanmaq və ya yatmaq reflüyə səbəb ola bilər. Həzm sisteminin düzgün işləməsi üçün yeməkdən sonra ən azı 1-2 saat uzanmamaq məsləhətdir.

2. Siqaret çəkmək

Yeməkdən sonra siqaret çəkmək nikotinin bağırsaqlarda udulmasını artıraraq, orqanizmə daha çox ziyan vurur. Həm də mədə turşusunu artırır, həzm problemlərinə səbəb olur.

3. Meyvə yemək

Meyvələr liflə zəngin olsa da, əsas yeməkdən dərhal sonra yedikdə mədədə fermentasiyaya səbəb ola bilər. Bu, şişkinlik, qaz və həzmsizlik kimi problemlər yaradar. Meyvə yemək üçün ən yaxşı vaxt yeməkdən ən azı 1 saat sonra və ya əvvəldir.



4. Duş qəbul etmək

Yeməkdən dərhal sonra duş qəbul etmək bədən istiliyini dəyişdirərək həzmə mənfi təsir göstərər.

5. Çay içmək

Yeməkdən dərhal sonra çay içmək dəmirin udulmasını azalda bilər. Bu vərdiş xüsusilə anemiya riski olan şəxslərdə daha böyük problemlərə yol açar. Çay içmək üçün yeməkdən sonra ən azı 30-45 dəqiqə gözləmək məsləhətdir.

Aygün
Medicina.az