Çox zaman yemək yedikdən sonra yuxumuz gəlir. Bu normal bir haldır. Amma yenə də yemək yedikdən sonra yatmamaq lazımdır. Çünki bunun bir çox zərərləri vardır.
Bəs yeməkdən nə qədər müddət sonra yatmaq olar?
MƏDƏDƏ YANMA YAŞAYA BİLƏRSİNİZ
Yeməkdən dərhal sonra yatmaq, mədə yanmasına səbəb ola bilər. Yeməklərin həzm edilməsini kömək edən mədə asidi, yatma pozisyasında ikən yuxarı doğru hərəkətdə olar və mədənin həssas hissələri ilə təmas edər. Bu da mədə turşumasına, sinə və boğazda yanmaya səbəb olar.
YUXU KEYFİYYƏTİNƏ TƏSİR EDƏR
Yeməkdən sonra yatdığınız zaman həzm prosesi davam edər. Metabolizmanız çalışarkən, yuxuya getməyiniz də çətinləşər. Eyni zamanda, mədə yanması simptomları da yuxuya təsir edər. Təbii ki, nə cür və nə qədər yemək yediyinizdən asılıdır.
DAHA ÇOX KABUS GÖRƏ BİLƏRSİNİZ
Metabolizma çalışarkən beyin daha aktiv hala gəlir. Bu durum canlı və kabus dolu yuxular görməyinizə səbəb olar.
DAHA ÇOX OYANIB TUALETƏ GEDƏRSİNİZ
Yeməkdən dərhal sonra yatmaq, gecələr daha çox idrara çıxmağınıza səbəb olar. Yediyiniz qidaların kafein miqdarı da bu duruma təsir edər. Kafein sadəcə qəhvə və şokoladda deyil, bir çox bişmiş qidalarda var.
ÇƏKİ ALARSINIZ
Yeməkdən sonra nə qədər yuxunuz gələrsə-gəlsin, yatmamağa çalışın. Əks təqdirsə, fərqində olmadan kilo alarsınız.
YEMƏKDƏN NEÇƏ SAAT SONRA YATMAQ OLAR?
Mədə yanması, kilo alma ya da yuxusuz gecələr kimi problemlərin qarşısını almaq üçün, yediyiniz qidalar mədədən bağırsağa enmiş olmalıdır. Mütəxəssislərin fikrincə, qidaların mədədən bağırsağa enmə müddəti 3 saatdır.
Yəni yemək yedikdən sonra 3 saat gözləməli, yuxudan 3 saat əvvələ qədər yeməyi kəsmiş olmalısınız.