Artıq alimlər sübut edib ki, həddən artıq çox meyvə yemək, meyvə şirəsi içmək qanda şəkəri qaldırır.
Diabet xəstələri üçün meyvə-tərəvəz sağlamlıq baxımından vacibdir, amma yeməkdən öncə və sonra elə meyvələr seçilməlidir ki, yeməkdən sonra şəkəri daha da qaldırmasın.
“Medicina” xəbər verir ki, dietoloq Vasilisa Ponomarova ən uyğun meyvəni açıqlayıb.
“Yeməkdən 30 dəqiqə əvvəl bir ədəd alma yemək qanda şəkəri 2 dəfə salır. Bir şərtlə ki, yeməkdə ağ düyü olmasın.
Elmi araşdırmalar da almanın şəkər xəstələrinə faydasını sübut edib.
Ona görə də diabet xəstələrinin süfrəsində çox şirin olmayan, turş alma olmalıdır”.
Aygün Musayeva