Beyin şişinin əlamətini insan hətta kovid və digər infeksiya ilə də səhv sala bilər.
“Medicina” xəbər verir ki, onkoloq Andrey Vorobyevin fikrincə, beyin şişinin bir əlaməti var ki, yemək yeyən zaman özünü göstərə bilər.
“ Bu nadir olsa da, yemyin dadını, ətrini hiss etməmək beynin müəyyən hissəsində şişlərlə əlaqəli ola bilər. Alın payında şiş qoxubilmənin itirilməsi, nitqin pozulması, diqqətsizliyə səbəb olur.
Eləcə də neyrobastoma – burun boşluğunun şişləri qoxubilməni kəsir. Bu zaman gözdən su axma, burundan qan açıla bilər”.
Aygün Musayeva