Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yemək yeyəndə bu əlamət qaraciyər xərçəngindəndir

  • 2023.05.01 17:01
  • 2055 Baxış
Yemək yeyəndə bu əlamət qaraciyər xərçəngindəndir
Yemək yeyərkən qaraciyər xərçənginin erkən əlamətini görmək mümkündür. Sadəcə insanlar buna əhəmiyyət vermir.

“Medicina” xəbər verir ki, həkim –hepatoloq Alla Yujnovanın sözlərinə görə, qaraciyər xərçəngi həmişə simptomlara malik deyil və aşkar etmək çətin ola bilər.

“Əgər simptomlar varsa, xərçəngin ilk qaraciyərdə başlamasından (birincili qaraciyər xərçəngi) və ya xərçəngin bədənin başqa bir hissəsindən qaraciyərə yayılmasından asılı olmayaraq (ikinci dərəcəli qaraciyər xərçəngi) demək olar, eynidir.

Tipik olaraq, qaraciyər xərçəngi ilə yaşayan insanlar mədə narahatlığı, ürəkbulanma səbəbindən iştahlarını itirir və əvvəlki qədər yemək yeyə bilmirlər.

Bundan əlavə, bu xəstəlikdən əziyyət çəkdikdə az miqdar yemək belə mədə nahiyəsində ağrı və narahatlığa səbəb ola bilər.

Beləliklə, iştahınızdakı dəyişikliklər ciddi bir vəziyyətin əlamətləri ola bilər”.

Qaraciyər xərçənginin ümumi erkən xəbərdarlıq əlamətləri: qarın ağrısı, səbəbsiz kilo itkisi, iştahsızlıq, sarılıq (dəri və gözlərin sararması), mayenin yığılması səbəbindən qarın böyüməsi (astit), nəfəs darlığı, yorğunluq və ya zəiflik, ürəkbulanma və ya qusma.

Aynurə Məmmədova