Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yemək yeyə bilmirəm, qan artırmaq üçün xaricdən bahalı dərmanlar alınır" - Toppuş bacı səhhətindən damışdı

  • 2019.05.31 16:07
  • 37242 Baxış
"Yemək yeyə bilmirəm, qan artırmaq üçün xaricdən bahalı dərmanlar alınır" -  Toppuş bacı səhhətindən damışdı
Səhhətindəki son vəziyyətlə bağlı açıqlama verən Tünzalə Əliyeva xəstəliyin metastaz verdiyini bildirib:


Medicina.az Unikal-a istinadən bildirir ki, aktrisa kimyaterapiyadan saçlarının töküldüyünü deyib. 


"6 dəfə kimya qəbul edəcəm. Bu proses 21 gündən bir aparılır. Bəzən görürsən qanımda problem olur. Ona görə kimyanı daha gec qəbul edirəm. Yemək yeyə bilmirəm. Qan artırmaq üçün xaricdən gətirilən bahalı dərmanlar qəbul edirəm. Milli Onkologiya Mərkəzində bütün müalicə xərclərim dövlət tərəfindən ödənilir".


Əməkdar artist həyat yoldaşı Röyalın başını keçəl etməklə ona dəstək olmasına da münasibət bildirib:


"Röyalın saçını qırxmağından mənim heç xəbərim olmayıb. Görəndə şoka düşdüm. Çünki mən bilirəm ki, onun üçün saç nə deməkdir. Sonra da mənimlə danışan qayınatam mənə dəstək üçün saçlarını qırxdırdı. Sonra şəklini mənə göndərdi".