21 yaşındakı Makenzi Lea, 10
yaşında olarkən dözülməz ağrıları
başlayıb. Bir çox həkimə müraciət etsə də, onun ağrılarının səbəbi bilinmirdi.
İllər sonra dözülməz ağrıların səbəbi ortaya çıxıb.
Medicina.az xəbər verir ki, yüz mində bir görülən və xalq
arasında "dəli edən xəstəlik” kimi adlandırılan trigeminal nevrologiya adlı
xəstəlik 21 yaşlı qızın həyatını kabusa çevirib.
Xəstəlik səbəbindən gənc qız üçün makiyaj etmək, valideynlərini öpmək, dişlərini fırçalamaq, hətta su
içmək belə onun üçün böyük əziyyətə səbəb olur. Valideynləri bildirir ki, 10
yaşında olarkən üzündə ağrılar yaranmağa başlayıb. 12 yaşında bu ağrılar artıb,
lakin valideynləri qızlarının miqren olduğunu hesab edib.
Ancaq 2013-cü ildə makiyaj edərkən Leanın ağrıları o qədər dözülməz hala gəlib ki, o sanki öləcəyini
hiss edib. Gecikmədən bir həkim gedib, amma əvvəlcə
narahatlığın nə olduğunui müəyyən etmək mümükün olmayıb.
Həkimlər səfərbər olub Makenzinin xəstəliyinin nə olduğunu təyin
etməyə çalışdılar. Saysız testlər, yararsız dərmanlar, miqren müalicəsi,
antibiotiklər və allergiya dərmanları sınaqdan keçirilib. Ancaq
onlar qəti bir diaqnoz əldə edilə bilməyib.
2014-cü ildə başqa bir
həkim gənc qıza, "Trigeminal nevrologiya”diaqnozu verib. Bu xəstəlik, üzü əhatə
edən nevroloji ağrıların bir növüdür.
"Trigeminal nevrologiya”, trigeminal sinirin bir və ya daha
çox qolu ilə əhatə olunan bölgədə inkişaf edən qəfil, ümumiyyətlə birtərəfli,
şiddətli, şimşək kimi bir ağrıdır. Gənc qız dişlərini
fırçalayarkən, danışarkən, yemək yeyəndə bu ani və dözülməz ağrının təsiri
altına düşür.
Getdikcə vəziyyəti ağırlaşan gənc qızın, həyatı kabusa dönməyə
başlayıb. 2015-ci ildə əməliyyat olunan qızın ağrıları bir müddət keçsə də, 3
ay sonra yenidən şiddətli ağrıları başlayıb.
Lea, fiziki və əqli cəhətdən ağrılarla mübarizə
aparmaq üçün xüsusi bir reabilitasiya mərkəzində müalicə alıb.Dərmanlarla ağrıları azaltmağa çalışan Mackenzie, bir müddət sonra yenidən beyin əməliyyatı
keçirib. Əməliyyatdan sonra həkim nəzarətində qalan qız hazırda
ağrılarından xilas olub.
Makenzi hazırda bu xəstəliklə mübarizə aparan və
psixologiyası pozulan şəxslərə bir ümid olub. O sosial media hesabında müxtəlif
paylaşımlar edərək onları motivasiya edir.
Mende hal hazirda wziyyet cekirem bu xestelikden