Bir çox insanlar yeməyin vaxtını keçirəndə, acanda, bir çoxları isə yeyəndən sonra başı ağrıyır.
Bu orqanizm üçün normal reaksiya deyil.
"Medicina" xəbər verir ki, terapevt Aygül İşmurzina bu vəziyyətin əsas səbəblərini açıqlayıb.
"Əslində baş ağrını tətikləyən ərzaqlar var. Tiramin və histaminlə zəngin qidalar aiddir. Duzlu kələm, şorabalar, pendir, şərab, şokolad, banan,pivə, avokado.
Histamin və tiamin damarların tonusuna təsir edir, onları sıxır.
Eləcə də içki və qidalarda olan yüksək şəkər baş ağrısı verə bilər.
Çünki onları yedikdə qanda şəkər kəskin qalxır, sonra da kəskin düşür. Bu da başa təsir edir.
Eləcə də çox duz baş ağrısı verir.
Siz diqqət yetirsəz görəcəksiz ki, duzlu kələmdən sonra başınız ağrıdı.
Digər məqam çox soyuq, buzlu qidalardır. Dondurma, soyuq kokteyldən sonra damarlar spazm verir, başa qan dövranı pisləşir.
Yemək yeyib, su az içmək də baş ağrısına səbəb olur".
Aygün Musayeva