Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yemək videoları ilə məşhurlaşan fenomen canlı yayım zamanı öldü - FOTO

  • 2024.07.19 13:03
  • 1188 Baxış
Yemək videoları ilə məşhurlaşan fenomen canlı yayım zamanı öldü -  FOTO
Çinin 24 yaşlı fenomeni Pen Şiaotinq canlı yayım zamanı qəflətən ölüb.

Medicina.az xəbər verir ki, o, həddindən artıq yeməklə tanınırdı. Gənc qadın hər gün canlı yayımda 10 saatdan çox fasiləsiz yemək yeyirdi.

Hər canlı yayımda müntəzəm olaraq 10 kiloqramdan çox yemək yeyən fenomenin vəziyyəti anidən pisləşib. Xəstəxanaya çatıdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.


Müayinədə onun mədəsində deformasiyalar olduğu müəyyən edilib.

Bildirilir ki, fenomen dostunun bu işdən çoxlu pul qazandığını gördükdən sonra canlı yayımlarda yeməyə başlayıb. Ailəsi onun bədəninə zərər verdiyini düşündükləri üçün narahat olublar. Lakin gənc qadın ailəsinin və həkimlərinin xəbərdarlığına məhəl qoymayıb.

Məlumata görə, o, həddindən artıq yeməkdən mədə-bağırsaq qanaxması keçirərək dəfələrlə xəstəxanaya yerləşdirilib.


Aysel