Son zamanlar praktikliyinə görə, hər kəsin uşaqdan böyüyə istifadə etdiyi, hətta məktəbə isti yemək qoyub apardıqları plastik və hermetik saxlama qabları, konteynerlər insan orqanizmi üçün zərərli birləşmələrdən ibarətdir.
"Medicina" xəbər verir ki, həkim toksikoloq Mixail Kutuşov istənilən plastik qabın zərərli olduğunu deyib.
"Hər platikin tərkibində polifenol, benzol birləşmə var.
Onlar qabı faktiki olaraq, ksenobiotik edir. Ksenobiotiklər - insan orqanizmi üçün yad cisim, maddədir.
Orqanizm onu yad kimi qəbul edib, onunla mübarizə aparır. O maddələr bədənə düşəndə allergen kimi qəbul edilir, orqanizm ona qarşı hücum edir.
Ən təhlükəlisi isə bu qablara isti və yağlı yemək qoyub aparmaq, saxlamaq, bu qabda mikrodalğalıl sobada yemək qızdırmaqdır.
Bu zaman kanserogenlər aktivləşir, dioksin kimi maddələr yaranır. Onlar isə xərçəng əmələ gətirir.
Plastik qabları şüşə qabla əvəz edin. Uşaq yeməklərini xüsusilə bu qablara qoymayın".
Aygün Musayeva