Ağ lobya orqanizm, xüsusən uşaq və qadınlar üçün çox faydalıdır
Elə yayda da bu tərəvəzli salatı hazırlaya bilərsiniz.
Ərzaqlar:
Yarım qırmızı bibər
1 kasa quru ağ lobya
Yaşıl soğan
Cəfəri
Yarım pomidor
Yağ, duz və sirkə
Qara zeytun
Hazırlanması:
Lobyaları əvvəlcədən isladın və bir gecə suda qalsınlar. Sonra 45 dəqiqə suda qaynadın.
Bibər, soğan və pomidorlar kiçik parçalara halında doğrayın.
Lobyalar hazır olduqda, böyük qaba qoyun və soyumasını gözləyin.
Tərəvəzləri əlavə edin və salata yağ, duz və sirkə əlavə edin, göyərti, zeytun səpin