Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Sağlamlıq üçün soyuq şorba için – 5 YAY RESEPTİ

  • 2019.05.29 18:20
  • 16305 Baxış
Sağlamlıq üçün soyuq şorba için –  5 YAY RESEPTİ

Yay aylarında isti ocaq qarşısında dayanıb şorba bişirməyə vaxt sərf etməyin. Yayda soyuq şorbalar yeyib, həm də sağlamlığınızın qeydinə qalın.

Bu şorbalarda ərzaqlar keyfiyyətini saxlayır. Eləcə də belə şorbalar bədəni təmizləyib, arıqladır.


Medicina.az yayda üzünüzü və canınızı güldürəcək məşhur soyuq şorbaları təqdim edir.


1.İspan  tomat şorbası


Milli ispan yeməyi acılı dad sevənlər üçün çox uyğundur.


Hazırlanması: 300 qr pomidor, 200 qr təzə xiyar, 2 bolqar bibəri, soğan, acı istiot, 1 diş sarımsaq kub formasında doğranılır, hamısı blenderdə qarışdırılır. Bura zeytun yağı, sarımsaq əzməsi, duz, istiot qatılır. Boşqaba çəkəndə bol göyərti səpilir, limon sıxılır. Bu şorba 2 saat soyuducuda saxlandıqdan sonra yeyilir.

 



2.Albalı (vişnə) şorbası


Macarıstanda məşhur yeməkdir. Turşaşirin dadı olur. 


Hazırlanması: 400 qr vişnə, 1 çubuq darçın, 1 stəkan xama, limon, duz, su. Dərin qaba təzə vişnə, darçın, bir iki dilim limon qoyulub, üzərinə su alınır və odda bişirilir. 5 dəqiqə zəif odda saxlanılıb, götürülür. Ayrıca xama ilə 100 qr bişmiş vişnədən tumlarını çıxarıb blenderdə qarışdırılır.   Xamanı hazır şorbaya qatıb, soyuducuya qoyun. Süfrəyə verəndə nanə yarpaqları səpin.


3.Kvasda xiyar şorbası


Rus, ukraynalıların sevimli şorbasıdır. Kişilər çox sevəcək.


Hazırlanması: 200 qr şampinyon, 400 qr çuğundur, 2 ədəd kartof ayrıca bişirilir, qabığı soyulur. Göbələk suda qaynadılıb, suyu süzülür. Bütün ərzaqlar, həmçinin 2 təzə xiyar, nazik uzunsov doğranılır. Yaşıl soğan xırdalanır. Duz, istiot qatılıb, qarışdırılır. Üzərinə soyuq kvas alınıb, 20 dəqiqə sonra süfrəyə verilir.

 

 


4.  Çuğundur şorbası yumurta ilə


Litva, Latviyada çox məşhur yay yeməyidir. Həm də qanı artırır, qəbizliyə qarşıdır.

 

400 qr çuğundur suda bişirilir, qabığı soyulub, irigözlü sürtgəcdən keçirilir. Üzərinə çıxana kimi su alınıb, 6-7 dəqiqə bişirilir. Sonra üzərinə 1 qaşıq sirkə əlavə edib, qarışdırıb, soyuducuya qoyun.  7 ədəd yumurtanı suda bişirib, yarısını kubik formasında doğrayın, yarısını isə saxlayın. 3 ədəd təzə xiyar, yaşıl soğan və göyərti xırda doğranılır. Soyuducudakı marinadlaşdırılmış çuğundur bu ərzaqlarla qarışdırılır, duz, istiot vurulur və üzərinə soyuq qatıq və ya kefir tökülür. Boşqaba çəkəndə üzərinə yumurtaları iki bölüb qoyursuz.



5.Türksayağı yoqurt şorbası


5 ədəd təzə xiyar irigözlü sürtgəcdən keçirilir.  Şüyüd, nanə, yaşıl soğan, cəfəri, sarımsaq xırdalanır. Hamısı qarışdırılıb, duz, istiot vurulur. 1 litr qatıq və ya kefirə 1 qaşıq zeytun yağı əlavə edib, ərzaqlara əlavə olunur. 

Soyuducuda 1 saat saxladıqdan sonra süfrəyə verilir.

 

 


Sağlamlıq üçün soyuq şorba için –  5 YAY RESEPTİ
Sağlamlıq üçün soyuq şorba için –  5 YAY RESEPTİ
Sağlamlıq üçün soyuq şorba için –  5 YAY RESEPTİ