İspanaq yeməyi sevənlər bu menyumuzdan razı qalacaqlar.
Medicina.az-ın indi təqdim edəcəyi bu resepti ispanağı sevməyənlər də bəyənəcək. Nəticədə ləziz və faydalı təam ortaya çıxacaq. İstəyə görə, yeməyin yanında süfrəyə qatıq da qoyula bilər. Bu yemək qatıqla da çox ləzzətli olur.
Ərzaqlar:
• 4 qalın dəst körpə ispanaq
• 5 yemək qaşığı kərə yağı
• 200-250 qram çəkilmiş mal əti
• 1 iri baş soğan
• 2 xörək qaşığı tomat pastası
• Duz
• İstiot
• 3-4 xörək qaşığı yumru düyü
Hazırlanma Qaydası:
İspanağı yaxşıca yuyun. Sonra iri-iri doğrayıb, bir qaba yığın. Təmizliyindən əmin deyilsinizsə, üstünə su doldurub, bir az duz səpin və 5 dəqiqəlik kənara qoyun. Bu müddət ərzində ispanağın üstündə qalmış ola bilən torpaq aşağı süzülməlidir. İspanağı süzüb yenidən yuyun. Kənara qoyun.
Orta ölçülü qazanda yağı əridin. Əti əlavə edib ətin suyu çəkilib yağa düşənə qədər qovurun.
Soğanı ətə əlavə edib bir neçə dəqiqə bişirərək saraldın.
Tomat pastası, duz və istiotu əlavə edib qarışdırın.
İspanağı əlavə edib bir qədər yumuşalanadək bişirin.
Sonra isə düyünü əlavə edib 2-3 dəqiqə qovurun. Üstünə ispanağı tam örtməyənə qədər su töküb bişirin. Hazır yeməyin suyu bir qədər çəkilməlidir (nə çox sulu, nə çox duru yemək olmalıdır), düyü isə bişməlidir.
Nuş olsun!