Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yemək çubuğu kişinin gözündən çıxdı

  • 2025.01.31 21:13
  • 80 Baxış
Yemək çubuğu kişinin gözündən çıxdı


Gözündə ağrı və iltihab olan 24 yaşlı kişinin müayinəsi qəribə nəticə üzə çıxarıb.

“Medicina” xəbər verir ki, Vyetnamda bir əyalətdə xəstəxanaya müraciət edən oğlanın göz almasında ilişib qalmış 9 sm-lik yemək üçün çubuğun ilişib qaldığını görən həkimlər də şoka düşüb.


Çubuq burun dəliyinə girib, ordan da göz yuvasına keçib. Xəstə bildirib ki, görməsi pozulmasa da, narahatlıq onu 3 həftədir narahat edir.

Burundan göz almasına yemək çubuğunun necə düşməsini xəstə belə xatırlayır:

3 həftə əvvəl məclisdə tanışı ilə dava edib, ola bilər burnuna nəsə ilişib və o içəri dərinliyə gedib. O, sərxoş olduğu üçün çox şey xatırlamır.

Aygün Musayeva