Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yelləncəyin ipi 15 yaşlı qızın boğazına dolandı - Vəziyyəti ağırdır

  • 2025.04.14 11:42
  • 328 Baxış
Yelləncəyin ipi 15 yaşlı qızın boğazına dolandı -  Vəziyyəti ağırdır

Dünən Qaradağ rayonunda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2010-cu il təvəllüdlü Səma Rəşad qızı Məmmədova yaşadığı Qobustan qəsəbəsindəki evin həyətində yelləncəkdə yellənən zaman ip onun boğazına dolanıb və qız yıxılıb.

Boğularaq xəsarət alan Səma xəstəxanaya çatdırılıb.

15 yaşlı qızın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.