Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yekə qarınlı"ların nəzərinə - Bu xəstəliklərə tutula bilərsiniz

  • 2019.11.05 16:38
  • 12253 Baxış
"Yekə qarınlı"ların nəzərinə -  Bu xəstəliklərə tutula bilərsiniz

Qarın nahiyəsində piylərin yığılması tibdə çox təhlükəli sayılır. Bu
piyə "visseral piy" deyilir. Az miqdarda visseral piyin olması
normaldır.


 


Medicina.az xəbər verir ki, bu piy daxili orqanlarımızı soyuqdan, travmalardan qoruyur, aclıq zamanı onlar üçün əlavə enerji mənbəyi funksiyasını daşıyır.


 


 


 


Lakin visseral piyin həddindən artıq miqdarda olması çox
təhlükəlidir. Bir çox ölkələrdə aparılmış uzunmüddətli araşdırmalar
göstərib ki, visseral piyin artıqlığı ürək-damar sistemi, qaraciyər
 xəstəliklərinin, şəkərli diabetin və onkoloji xəstəliklərin riskini
xeyli artırır.


 


 


 


 


 


 

Visseral piyin artıq olub-olmadığını başa düşmək üçün sadəcə insanın
qarın nahiyəsinə baxmaq lazımdır - qarnın böyük olması, bel çevrəsinin
omba çevrəsindən daha çox olması visseral piyin artıqlığından xəbər
verir. Maraqlıdır ki, hətta normal bədən çəkisi olan, lakin visseral piyi çox olan (böyük qarın) insanlarda təhlükəli xəstəliklərin inkişafı
riski xeyli artmış olur. Çəkisi eyni olan, lakin visseral piyi daha çox
olan insanlarda ürək-damar sistemi xəstəliklərinin, diabetin, xərçəngin
inkişafı riski daha yüksək olur.


 



Visseral piyin artıq olub-olmadığını başa düşmək üçün sadəcə insanın
qarın nahiyəsinə baxmaq lazımdır - qarnın böyük olması, bel çevrəsinin
omba çevrəsindən daha çox olması visseral piyin artıqlığından xəbər
verir.


 


 

Maraqlıdır ki, hətta normal bədən çəkisi olan, lakin visseral
piyi çox olan (böyük qarın) insanlarda təhlükəli xəstəliklərin inkişafı
riski xeyli artmış olur. Çəkisi eyni olan, lakin visseral piyi daha çox
olan insanlarda ürək-damar sistemi xəstəliklərinin, diabetin, xərçəngin
inkişafı riski daha yüksək olur.

 


 



Piylənmənin ən təhlükəli forması hesab edilir



Bizim
ölkəmizdə də yekəqarın kişilərin sayı kifayət qədərdir. Onların
bəziləri kompleks hiss etsə də, bundan məmnun olanlar da var. Statistik
məlumata görə, Azərbaycanda kişilərin yarıdan çoxu artıq çəkidən əziyyət
çəkir. Əsasən də ucqar rayon və kəndlərdə nəinki yekəqarın kişilər,
hətta bu tip qadınların da çoxluğunun şahidi oluruq. 


Ekspertlər
də bildirirlər ki, artıq çəki və piylənməyə meyllik yaradan faktorlar
hipodinamiya (fiziki hərəkətlərin azalması), genetik amillər, asan
mənimsənilən karbohidratların çoxlu miqdarda qəbulu, qidalanma
pozğunluqlarıdır. Bunun fəsadları kimi çox zaman  insanlarda bədənin
ancaq qarın nahiyəsində piylənmə yaranır. Bu, piylənmənin ən təhlükəli
formasıdır. Statistikaya əsasən bu cür piylənmə ürək xəstəlikləri,
arterial təzyiq və səkərli diabetin olma riskini artırır. Gün ərzində az hərəkət edən, idmanla məşğul olmayan, sağlam qidalanmayan
kişilər daha kök olurlar. Xüsusilə də onların qarın bölgəsində artıq
piylər toplanır.

 

 

 

 

"Yekə qarınlı"ların nəzərinə -  Bu xəstəliklərə tutula bilərsiniz
"Yekə qarınlı"ların nəzərinə -  Bu xəstəliklərə tutula bilərsiniz
"Yekə qarınlı"ların nəzərinə -  Bu xəstəliklərə tutula bilərsiniz