Yekaterinburq şəhərinin bələdiyyəsi qızılca epidemiyası ilə bağlı qərar qəbul edib. Şəhərdə ciddi Karantin elan olunub.
Medicina.az xəbər verir ki, yeni qaydalara görə, peyvəndsiz uşaqlar məktəbə, tələbələr isə ali məktəblərə buraxılmayacaq.
Analoji qadağa xəstəxana işçilərinə də şamil ediləcək.
.Rəsmi məlumatlara görə, son 1 ayda Yekaterinburqda 23 nəfərdə qızılca aşkarlanıb. Halbuki ötən il bu rəqəm cəmi 5 idi.