Rusiyalı aktyor Mixail Yefremovun 3-cü mərtəbədən yıxılan oğlu Nikolay xəstəxanadan evə yazılıb.
“Medicina” xəbər verir ki, gənc aktyor palatada 25 gün qalıb.
Pəncərədən düşərkən ayaqlarını zədələyən Nikolay reabilitasiya keçəcək və indi o çəliklə gəzməlidir.
Mətbuatda yayılan xəbərlərə görə, Nikolay antidepressant və bəzi vasitələr qəbul etdikdən sonra evinin pəncərəsindən düşmüşdü və ağır vəziyyətdə reanimasiyaya yerləşdirilmişdi.
Aygün Musayeva