Bakıda 40 gündür doğulan, lakin yediyini qaytaran körpənin diaqnozu tapılıb.
Medicina.az xəbər verir ki, qidalanmadığından çəkisi getdikcə azalan, zəifləyən körpə halsız, süst, qurumuş vəziyyətdə klinikaya çatdırılıb.
Uşaq uroloq, cərrahı Fuad Hüseynovun və komandasının apardığı müayinələr nəticəsində körpənin mədə çıxışında kəskin daralma, əzələ qalınlaşması – Pilerostenoz diaqnozu qoyuldu.
1 gün dərman müalicəsi və dəstəyindən sonra uşaq əməliyyata alınaraq, əzələ qalınlaşması kəsildi, qidanın bağırsaqlara ötürülməsi təmin edildi.
Uşaq 2 gün sonra sağalmış evə yola salındı.
Artıq qidalanması ilə bağlı problem olmayacaq.