Mədədəki qida və mədə şirələrinin nəzarətsiz və həddindən çox nazik bağırsağa doğru hərəkəti zamanı yaranan “Dumping” sindromu insanın həyat keyfiyyətinə mənfi təsir göstərir.
Medicina.az xəbər verir ki, yeməkdən 10-30 dəqiqə sonra baş verən həzmsizlik və ishal kimi əlamətlərlə erkən “Dumping” sindromu ürək döyüntüləri və aşağı təzyiq səbəbindən inkişaf edə bilər.
Bu sindromun əlamətlərini idarə etmək üçün yeməyi yaxşıca çeynədikdən sonra udmaq, gündə üç dəfə yemək yerinə, ən azı beş dəfə az miqdarda tez-tez yemək yemək tövsiyə olunur.
Daha çox balıq, toyuq, fıstıq və paxlalılar kimi proteinlə zəngin qidalara üstünlük verilməlidir.