Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yazda psixi xəstəliklər niyə kəskinləşir?

  • 2024.03.07 21:36
  • 1322 Baxış
Yazda psixi xəstəliklər niyə kəskinləşir?
Psixi pozulmalara meyilli insanların yazda vəziyyəti ağırlaşa bilər.


“Medicina” xəbər verir ki, psixiatr Mixail Şeyfer yazda psixi durumda nələr baş verdiyini açıqlayıb.


“Psixi pozulmalar daha çox yaz-payızda kəskinləşir. Mövsüm dəyişikliyi daha çox bipolyar affektiv pozulması olan xəstələrdə özünü göstərir. Onlar depressiya və ya emosional maniya hiss edirlər.


Maniakal vəziyyət qıcıqlanma, alovlanma, aqressiya simptomları verir.

Bəzənsə bipolyar pozuntuda qarışıq vəziyyətlər olur.

Maniakal dövrün simptomları:

- Aktiv düşüncə
- Oyanıqlıq
- Hərəkət sürəti
- Az yatmaq
- Çox danışmaq
- Yaxşı əhval-ruhiyyə

Depressiv vəziyyət:

- Əhvalın pozulması
- Düşünmənin zəifləməsi
- Susqunluq

- Hərəkətsizlik
- Yuxululuq
- Yorğunluq


Əgər bu vəziyyətlər 3 həftədən artıq davam edərsə, psixiatra müraciət etmək lazımdır.

Aygün Musayeva