Bizim immun sistemimiz özündə müxtəlif orqan və toxumaları, funksiyaları birləşdirir.
Onun vəzifəsi xarici aqressiv təsirin qarşısını vaxtında almaqdır.
Uzun soyuq qışdan çıxan orqanizmdə immunitet gücünü tükətmiş vəziyyətdə olur.
İmmunitetə çirkli hava, su, stres, zəif qodalanma, müxtəlif kimtəvi maddələr, radiasiya şüaları, elektromaqnit dalğalar, hətta yüksək səs-küy, müxtəlif dərmanlar mənfi təsir edir və ona zərbədir.
İçki, siqaret, yuxusuzluq da immuniteti çökdürür.
Bakupost.az zəif immuniteti gücləndirmək üçün elmi sübut olunmuş və həkimləri tövsiyə etdiyi metod və vasitələri təqdim edir.
1. Bağırsaq mikroflorasını düzəldin. Bunun üçün bağırsaqları təmizləyib, onu probiotiklərlə, inulinlə zənginləşdirmək lazımdır. Bağırsaqda faydalı bakteriyalar çox olduqda, immun sistem yaxşı çalışır.
İmmunoqlobulin A da bağırsaqlarda sintez olur. Xəstə və toksiki bağırsağı olan insanın immun sistemi yaxşı işləmir. Təbii probiotik qidalar : duzlu kələm, qatıq, yoqurt, kefir, ət suyu, bulyon və tərəvəzlərdir.
Hazır Probiotikləri isə aptekdən ala bilərsiz.
2. Soğan sarımsağı bol yeyin. Yazda yaşıl soğan, qırmızı soğan, eləcə də bizim Hövsan soğanı və təzə sarımsağı qatıqla birgə bol yeyin.
3. Soyuq -isti su növbələnməsi. Hər gün duş alarkən əvvəlcə az-az, sonra artırmaqla əvvəl soyuq, sonra isti su ilə bədəni yuyun.
Eləcə də soyuq havada 10-15 dəqiqəlik hava vannaları qəbul edin. Bədəni soyuğa alışdırmağa yaş dəsmalla silinməkdən başlayın. Kontrastlı duş isə immun sistem üçün məşqdir.
4. Şaxtadan qorxmayın
Əslində şaxtalı hava orqanizm üçün çox faydalıdır. Çünki soyuq şaxtalı havada oksigen faizi yüksək, çirklənmə isə azdır. Şaxtalı havaya orqanizmini öyrəşdirənlər nadir halda virusa yoluxur. Əksinə isti otaqda ev havasına alışanlar, istiyə meyilli adamlar tez xəstələnir
5. Yaşıl rəng göyərti və tərəvəzləri yeyin
Adi bostan göyərtisi limfositlərə müsbət təsir edir, onların immun sistemdə dövriyyəsini artırır. Kahı, ispanaq, kələm, cəfəri, turp, soğan, şüyüd salatı yeyin
6. Çox su için
İnsan orqanizmi 60% sudan ibarətdir. İmmun hüceyrələr su ilə qidalanır. Ona görə sizin dərmanınız adi təmiz su olmalıdır. Gündə minimum 2 litr içmək mütləqdir.
7. Daha çox vitamin C qəbul edin
Vitamin C immunitetin ən çox istifadə etdiyi vitamindir. O, qışda tükənir. Əlavə olaraq C vitamini preparatları içmək mütləqdir.
Aygün M.
Bakupost. Az