Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yazda depressiya halları niyə artır? - Dərd üstünə dərd gəlir

  • 2021.04.08 16:25
  • 2483 Baxış
Yazda depressiya halları niyə artır?  - Dərd üstünə dərd gəlir

Həyatımızda baş verən hadisələrə hər bir insan fərqli yanaşır, fərqli qəbul edir və fərqli reaksiyalar göstərir. Hava dəyişkənliyinin insan həyatına təsiri onların də insanların temperamentindən, xarakterindən asılıdır. Melanxolik insanlar hava dəyişkənliyindən daha çox əziyyət çəkirlər.


Yaz aylarında rast gəlinən fizioloji problemlərdən biri də insan bədənində vitamin çatışmazlığının yaranmasıdır.



Medicina.az xəbər verir ki, payızdakı dəyişikliklərin səbəbi gün şüasının az qəbul olunması nəticəsidir ki, gün şüası qəbul edəndə insanlarda müsbət hormonlar daha çox ifraz olunur. Nəticədə insanlar az depressiyaya düşürlər, amma gün şüası az qəbul edəndə daha tez depressiyaya düşə bilirlər.


Qışdan çıxdıqda isə İnsanlar daha yorğun olurlar, əsəbi olurlar, hər şeyə daha çox qıcıqlanırlar, yuxu pozuntusu yaşayırlar. İştahalarında dəyişiklik olur. Bu, insanların hətta intim həyatlarına da təsir edir. Buna mövsümi depressiya deyilir. Bu əsasən yaz və payız aylarında daha çox rast gəlinir.

Məsləhətimiz odur ki, insanlar daha çox fiziki işlə məşğul olsunlar. Hər hansı sevdiyi idmanla - qaçış, üzgüçülüklə məşğul olsunlar. Yaxud zövq ala biləcək bir məşğuliyyət tapsınlar. Düzgün qidalanma rejimi, düzgün yuxu saatı, insandan insana fərq olaraq 7-8 saat olaraq dəyişir. Bu kimi şeylərə nəzarət edilməlidir. Əgər insan özü öhdəsindən gələ bilmirsə və getdikcə, bu problem dərinləşirsə, mütləq bir mütəxəssisə müraciət olunmalıdır.


Bu simptomlara diqqət edin:


•Səhər yuxudan oyanmağa çətinlik çəkmək

•Yataqdan qalxmaq istəməmək

•Pessimizm

•Cinsi enerjinin azalması

•Tez əsəbləşmək



Bundan xilas olmaq üçün nə edilməlidir?


•Özünü yaxşı hiss elədəcək fəaliyyətlərlə məşğul olmaq.

•Bunun utanılacaq durum olmadığı və zəiflik olmadığı mənimsənməlidir.

•Bu vəziyyətdən xilas olmağa qərar verilməlidir.

•Tənhalıqdan uzaq durmağa diqqət edilməli, sizə yaxşı təsir edən insanlarla dialoq qurmalısınız.

•Maraq dairənizin miqyasını böyütməlisiniz.

•Düşüncə tərzi dəyişdirilməli, mənfi fikirlərdən qaçmalıyıq.

•Hiss və duyğularınızı yaxınlarınızla paylaşmalısınız.



Depressiya, apatiya, nevroz, təşviş, panik atak kimi psixoloji və ruh düşkünlüyündən xilas olmaq üçün kompleks müalicələr üçün MEDKONSİLİUMA müraciət edə bilərsiniz:

050 372 77 14