Mart gəldi, dərd gəldi, mart çıxdı, dərd çıxdı fikrinin arxasında qışdan çıxan bədən və orqanizmin halı təsəvvür edilir.
Qədimdən insanlar hiss edərdi ki, yazda ağaclar çiçəkləsə də, insanlar özlərini yorğun və yuxulu hiss edir.
“Medicina” xəbər verir ki, Seçenov universitetinin dosenti, həkim Pavel Berejanskiy yaz yorğunluğunun səbəblərini açıqlayıb.
Yorğunluq, qıcıqlanma, yuxusuzluq, ümidsizlik, halsızlıq - əgər hər il yazda bu halları keçirirsizsə, sizdə mövsim affektiv sindromu ola bilər.
“Daha çox 25-35 yaş arası qadınlar mövsüm depressiyasından əziyyət çəkir. Bu heç də əhval pozulması deyil. Bu sağlamlıqda ciddi pozulmadır.
Mövsüm depressiyası – fəsil dəyişikliyi astasında emosional vəziyyətin pozulmasıdır.
Bu zaman apatiya, enerji azlığı,yorğunluq, yuxu problemi, işdə problem, diqqətsizlik, kədər, halsızlıq müşahidə olunur.
Emosional, cinsi, psixi və həyat tonusu düşür, insan özünü əzgin hiss edir.
Bütün əhalinin 20%-də bu sindrom var.
İri şəhərlərdə, paytaxtlarda və ofisdə çalışanlarda daha çox rast gəlinir.
Əgər insanda bu simptomlar ağırlaşarsa, o özünü sosial təcrid edir, heç nə etmir, işə getmir, ailədə problemlər başlayır.
Digər əlamət – qidalanmanın dəyişməsidir.
Yaz depressiyasında iştah artır, şirniyyat və un məmulatları daha çox yeyir, bu da kökəlməyə səbəb olur.
Daha bir tipik simptom yuxu pozulmasıdır. Gecə yatmır, gündüz yatır, bununla da sirkad ritm dəyişir, hormonların hasili pozulur, bu zaman endokrinoloji müalicə lazımdır.
Stress hormonu qana çox atılır, immunitet düşür, nevroz baş qaldırır.
Nə kömək edə bilər?
- Günəşdə çox olmaq, D vitamini artırmaq, çox gəzmək
- Yuxu rejimini qaydaya salmaq
- Hormonal fonu düzəltmək
- İdman, gimnastika, yoqa, masaj
- Vitamin-mineral balansını düzəltmək
- Omeqa 3, 6, yağ turşuları qəbul etmək
- Yaxşı qidalanmaq
- Gülməli filmlərə baxmaq
Aygün Musayeva