Mart-aprel günəşi sağlamlıq üçün faydalı olsa da, üz və bədən dərisi üçün təhlükəlidir, məhz bu aylar dəri güclü UV şüalara ciddi məruz qalır.
“Medicina” xəbər verir ki, həkim kosmetoloq Vikrotoriya Oşepkova məhz bu aylarda dərini qorumağın vacibliyini bildirib.
“İlk yaz Günəşinin işığı çox güclü ultrabənövşəyi şüalanma verir.
Baxmayaraq ki, hava hələ sərin və tutqundur, ümumi sağlamlıq təhlükədədir.
Yaz günəşi açıq havada, dəniz kənarı, dağlıq ərazidə dərini qızardır və günəş yanmalarına səbəb ola bilər.
Uzun müddət açıq havada günəş işığına dərinin məruz qalması dərinin vaxtından əvvəl qocalmasına, qırışmasına və ləkələnməsinə, xarici görünüşünün hətta geridönməz pisləşməsinə səbəb ola bilər.
Ultrabənövşəyi şüaların təhlükəli tərəfi odur ki, o uzun müddət yığılır və sonradan dəri xərçənginə yol aça bilir.
Neqativ təsiri azaltmaq üçün yazda bu tədbirləri görməliyik:
- Yüksək SPF tərkibli kremləri üz, boyun və açıq sahələrə çəkmədən evdən çıxmayın
- Bədəni və üzü gündən qoruyan geyim, papaq və s. istifadə edin
- Səhər 11-dən günorta 3-ə kimi açıq havada aktiv fəaliyyəti azaldın
- SPF kremi hər 3 saatdan bir yeniləyin
- Xalları günəşdən qoruyun
- Dərini maksimum nəmləndirin
Aygün Musayeva