Belə bir fikir var ki, hər yaz və payızda psixi pozğunluqların kəskinləşməsi dövrü baş verir. Simptomlar daha parlaq görünür və insanlar daha balanssız olur.
Depressiv epizodlar insan həyatında adətən payızın sonu - qışın başlanğıcı, yazın sonunda və yayda manikal vəziyyət alır. Bu xəstəliklərin gedişatının tərs bir versiyası var: soyuq havanın başlaması ilə maniya başlayır, isti mövsümdə isə depressiyaya düşür.
“Medicina” az bu dəyişiklərə səbəb olan amilləri araşdırıb.
1. Günəş şüalarının azalması səbəbindən kəskin D vitamini çatışmamazlığı meydana gəlir. Günəş şüası göz qişalarına düşdükdə müəyyən proseslər baş verir. Serotoninin sintez olunduğu bir maddə olan melatonini ifraz edir, onun çatışmazlığı öz növbəsində depressiyaya səbəb olur.
2. Resurs çatışmazlığı səbəbindən adətən, qışın sonunda güc və enerji tükənir, insan özünü "sıxılmış limon" kimi hiss edir. Onun duyğuları, təəssüratları yoxdur və bütün bunlara işdə işləri başa çatdırmaq, qarşıdan gələn tətillərə hazırlaşmaq ehtiyacı duyulur. Yaşamaq üçün ayrılmış bütün ehtiyatlar tükənmək üzrədir və yeniləri hələ yaranmayıb.
3. Yeni mövsümün başlanması ilə havaların birdən-birə dəyışməsi nəticəsində baş verir. Hər kəsin orqanizmi buna hazır olmur. Bundan əlavə əriyən qar xoşagəlməz mənzərə yaradır, bu da insan psixologiyasına mənfi təsir göstərir.
Günay