Qrip yaz aylarında da üzünü göstərir. Ancaq bunu allergiya ilə qarışdırmamaq və lazımi tədbirləri görmək lazımdır.
Medicina.az xəbər verir ki, bahar qripi mövsümi keçidlər zamanı immun sisteminin zəiflədiyi və soyuqdəyməyə bənzər simptomların olduğu bir vəziyyətdir.
Adətən yüngül olur, lakin yenə də yorğunluq, burun axması və boğaz ağrısı kimi simptomlar ola bilər.
Bəzi tövsiyələr:
Maye qəbul edin
Su, bitki çayları (cökə, adaçayı, zəncəfil-limon), toyuq şorbası kimi mayelər bədəni təmizləyir və boğazı sakitləşdirir.
İstirahət çox önəmlidir
Bədənin bərpası üçün enerji lazımdır. Yaxşı yatın və mümkünsə özünüzü gərginləşdirmədən bir neçə gün istirahət edin.
Qidalanma ön plana çıxır
Tərkibində C vitamini (portağal, kivi, bibər), sink mənbələri (balqabaq tumu, mərcimək) və probiotiklər (qatıq, kefir) olan qidalar immuniteti dəstəkləyir.
TƏBİİ QİDALAR
Zəncəfil, bal, limon qarışığı immunitet sistemini dəstəkləyir və boğazı sakitləşdirir.
Duzlu su ilə qarqara boğaz ağrısına yaxşı gəlir.
Buxar vannası burun tıxanıqlığını aradan qaldırır. (Bir qazan qaynar suya evkalipt yağı və ya nanə əlavə edib, başınızı dəsmal ilə örtüb təxminən 10 dəqiqə nəfəs ala bilərsiniz.)
Əgər qızdırma, baş ağrısı və əzələ ağrısı kimi şiddətli simptomlarınız varsa, sadə ağrıkəsicilər kömək edə bilər.
Həkim tərəfindən tövsiyə olunan okean suyu spreyləri və ya burun spreyləri burun tıxanıqlığına qarşı faydalı ola bilər.
Bahar qripi bəzən allergik rinitlə qarışdırılır. Burun axıntısı şəffafdırsa, gözlər qaşınırsa və tez-tez asqırırsa, bu, allergiya ola bilər. .
Simptomlar iki həftədən çox davam edərsə və ya şiddətlənirsə, həkimə müraciət edim.
Aygün
Medicina.az