Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaz aylarında bu vitaminləri qəbul edin - Həkim açıqladı

  • 2021.02.26 11:29
  • 1611 Baxış
Yaz aylarında bu vitaminləri qəbul edin -  Həkim açıqladı

Baharın gəlişi ilə bir çox insanda vitamin çatışmazlığı özünü göstərir. Bədəni yenidən formaya qaytarmaq üçün vitamin tarazlığını bərpa etmək lazımdır.

Medicina.az Publika.az-a istinadən xəbər verir ki, dietoloq İrina Pisaryeva vitamin çatışmazlığının yaz ayları üçün xarakterik olduğunu deyib.

“Çox vaxt C və B vitamini çatışmazlığı yaranır. Buna görə diqqətinizi tərəvəz və meyvələrə yönəltməlisiniz. Bu məhsulların gündə bir kiloqrama qədər yeyilməsi məsləhətdir. B vitamini qrupu qulançarda, C vitamini isə sitrus meyvələrində boldur. Pəhrizə yaşıl noxud da əlavə edə bilərsiniz”, - mütəxəssis tövsiyə edib.

Yazdan əvvəl detoks etmək və ya oruc tutmaq təsirli olacaq. Pisaryevaya görə, salatlara əlavə edilən turp və yaşıl soğan da olduqca effektivdir:

“Çox yeməkdən çəkinmək və az porsiyalarla yemək yaxşıdır. Gündəlik rejimə riayət etməli və çox gec yatmamalısınız. Aptekdən vitamin də ala bilərsiniz. Lakin günəşli günlər başlayacaq, buna görə həb kimi içməkdənsə, D vitaminini qəbul etmək üçün çölə daha çox çıxmağı məsləhət görürəm”.