Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayın içkisi – Şəkərsiz zəncəfil detoks suyu

  • 2019.06.25 16:02
  • 39928 Baxış
Yayın içkisi –  Şəkərsiz zəncəfil detoks suyu

Yayda detoks sular çox aktualdır. Hətta bahalı kafe, restoranlarda verilən, zəngin modellərin içdiyi içkiləri özünüz asanlıqla hazırlaya bilərsiniz.


Medicina.az orqanizmi təmizləyən, gücləndirən, sərinlədən, arıqladan şəkərsiz zəncəfil suyunun reseptini təqdim edir:


Təzə zəncəfil kökü – 20 qr

Limon yarım ədəd

Nanə -1 -2 yarpaq

Sərin su – 1 litr


Banka və ya qrafinə zəncəfili doğrayın, limonu nazik dilimləyib atın, üzərinə su əlavə edib, qarışdırın. 1 saat soyuducuda saxlayın.


Gün ərzində sərin-sərin için. Detoks suları yemək zamanı içilmir: ya 40 dəqiqə əvvəl, ya da sonra.