Bəzən evi nə qədər təmiz saxlasan da, milçəklər, tarakanlar, ümumiyyətlə bütün həşəratlardan xilas olmaq kifayət qədər problemli hala gəlir.
Lakin sadə təbii vasitə ilə onları məhv etmək mümkündür.
Medicina.az milçəklərə, ağcaqanadlara və tarakanlara qarşı ev spreyinin hazırlanması üsulunu təqdim edir:
İnqrediyentlər:
- yarım stəkan bitki yağı;
- yarım stəkan sirkə;
- yarım stəkan istənilən şampun.
Nə etmək lazımdır?
Maye səpələyici butulkada inqrediyentləri yaxşıca qarışdırın və evin müxtəlif yerlərinə səpələyin.
Nəzərinizə çatdıraq ki, bu iksir uşaqlara heç bir təhlükə törətmir.