Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayı rahat keçirmək istəyən hamilələr üçün 12 məsləhət

  • 2024.06.25 22:36
  • 1220 Baxış
Yayı rahat keçirmək istəyən hamilələr üçün  12 məsləhət
Yay aylarında hamiləlik biraz daha çətin keçir və daha çox diqqət tələb edir.

Çünki ümumi zəiflik, ödem, ürək döyüntüsü, şişkinlik, ürəkbulanma, qusma, reflü və dəridə yaranan qəhvəyi ləkələr bu mövsümü dözülməz edə bilər.

Medicina.az xəbər verir ki, ginekoloq Dr. Cem Öncüloğlu yay aylarını daha rahat keçirmələri üçün hamilələrə aşağıdakıları tövsiyə edib:

1.Hər gün ən az 8 stəkan su için.

2.Tərkibində yüksək miqdarda su olan qidalara üstünlük verin.

3. Günəşdən yaxşı qorunun.

4. D vitamini səviyyənizin normada olduğundan əmin olun.

5. Rahat geyimlər seçin.

6. Qida zəhərlənmələrinə qarşı çox diqqətli olun.

7.Ayaqlardakı şiş və ödem üçün rahat ayaqqabılar seçin, bol su için, yeriyin, uzun müddət oturmalı olduqda ayaqlarınızı uzadın,
ayaqlarınızı yastıq vasitəsilə bədən səviyyəsindən yuxarı qaldırın. Lazım gələrsə, bir ölçü böyük ayaqqabı istifadə edin. Ayaq masajı da faydalı olacaq.

8. Yay aylarında yüngül məşqlər etmək həm fiziki sağlamlıq, həm də ruhi tarazlıq üçün vacibdir. Gəzinti, üzgüçülük və yoqa kimi aşağı intensivlikli fəaliyyətlərlə məşğul ola bilərsiniz.

9. Rutin müayinələrinizə laqeyd yanaşmayın. Hər adımınızı həkiminizlə məsləhətləşin.

10. Maye itkisi və günəş vurması kimi hallara qarşı ehtiyyat tədbirləri görün.

11. Çirkli və ya həddindən artıq xlorlu hovuza girməyin.

12. Səyahətə çıxdıqda yolda tez-tez fasilə verin.


Aysel