Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda yatmaq çətinləşir - Səbəblər

  • 2023.07.07 18:00
  • 2196 Baxış
Yayda yatmaq çətinləşir   - Səbəblər
Yayda gündüz gecəyə nisbətən gündüzlər daha uzun olur. Bu da gecə yuxusunun rejimnin əvvəlki fəsillərlə müqayisədə pozulması deməkdir.


Digər səbəb daxili saatımızdır. Bu, yayda daha az yuxuya ehtiyacımızı təmin edir.

“Medicina” xəbər verir ki, həkim – nevroloq Aleksandra Alexinanın sözlərinə görə, daxili saat sirkad ritmə uyğunlaşdırılıb. Bu, nə vaxt yorulduğumuzu və nə vaxt oyaq olduğumuzu müəyyən edir. Daxili ritm sabitdir, lakin bəzən yoldan çıxa bilir.


“Yayda gün işığı daxili ritmimizin dəyişməsinə səbəb olur. İşıq daha uzun sürdüyü üçün bədənimiz yuxu hormonu melatonini daha az istehsal edir.

Melatonin əsasən, hava qaraldıqda istehsal olunur. Yayda axşamlar tez yorulmur, səhər tezdən oyanırıq.
Yorulduğumuz zaman yatmaq istəsək də yayda bu bəzən mümkün olmur. Çünki yataq otağında hava çox istidir.
Yayda yuxu rejimi üçün bəzi tövsiyələr var:

Səhər tezdən oyanırsınızsa və çöldə hələ o qədər də isti deyilsə, otağı yaxşı havalandırın. Mümkünsə, pərdələr örtülmüş olsun ki, istinin mənzilinizə girmə şansı belə olmasın.

  • Kətan materialdan hazırlanmış yataq dəsti alın. T
  • Təbii lif sizi sərin saxlayır və gecə tərləməsindən qoruyur.
  • Yatmazdan əvvəl otağı maksimum sərinlədin.
  • Bol su için.

Aynurə Məmmədova