Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda yaş saçlarla yatmaq təhlükəlidir

  • 2023.08.10 17:29
  • 1472 Baxış
 Yayda yaş saçlarla yatmaq təhlükəlidir

Bir çox insanlar havaların isti keçməsini bəhanə edərək, duş aldıqdan sonra saçlarını qurutmaqdan nəmli baş dərisi ilə yatır.


Kondisionerin istifadəsi zamanı və ya açıq pəncərədən gələn hava axınına görə soyuqdəymə ehtimalının daha yüksək olduğu məlumdur. Mütəxəssislərin sözlərinə görə, havanın tempraturundan aslı olmayaraq, yaş saçlarla yatmaq nəinki saç tellərinə, baş dərisinə, bütün orqanizm üçün zərərlidir.


“Medicina” xəbər verir ki, həkim-trixoloq Anfisa Lepekhova, yaş saçlarla yatmağın təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, gecə nəm qalan saç telləri soyuqlaşavə onlar qaşınma, qızartı və ağrı ilə müşayiət oluna bilən saç follikullarının hipotermiyasına səbəb ola bilər. Bu vəziyyətdə xüsusən açıq bir pəncərə qarşısında yatmaq tövsiyə edilmir.


Bundan əlavə, mütəxəssis bir gecədə yastıqda yığılan nəmin güclü bir allergen olması və dəri xəstəliklərinə səbəb olan toz gənələrinin çoxalmasına da kömək etdiyini deyib. Yaranan gənələr isə dəri-zöhrəvi xəstəliklərə səbəb ola bilər.


Eyni zamanda, həkim-trixoloq Tatyana Eqorova saç uzatmağın təsirli yollarını da açıqladı. Əvvəlcə həkim saç diblərinə edilən masaja diqqət yetirilməli olduğunu deyib. Bununla yanaşı, yeni saçların böyüməsini təşviq edən elektrik impulsları və mikro cərəyanlar verən Darsonval aparatının köməyi ilə prosedurun daha təsirli olacağını açıqlayıb.

Xanım