Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda sauna qəbul etmək lazımdır – Həkimdən maraqlı açıqlama

  • 2024.07.23 16:26
  • 1180 Baxış
Yayda sauna qəbul etmək lazımdır –  Həkimdən maraqlı açıqlama
Yayda sauna qəbul etmək toksinləri daha aktiv şəkildə çıxarmağa kömək edir.

Medicina.az xəbər verir ki, bunu nevroloq Ekaterina Demyanovskaya “Life.ru”ya bildirib.

O, yay mövsümündə sauna qəbul etməyin faydalarından danışıb.

“Baxmayaraq ki, insanlar saunanı "qış ritualı" hesab edirlər, yayda bunun bir sıra üstünlükləri var”, - deyə mütəxəssis bildirib.

Həkimin sözlərinə görə, yayda sauna qəbul etmək və ya buxar otağına girmək yüksək temperatura uyğunlaşmaq üçün əla üsuldur:

“Əks göstəriş yoxdursa, sauna və buxar otağından çıxdıqdan sonra sərin suda üzmək və ya duş qəbul etmək olar”.

Həkimin sözlərinə görə, istidə bədəndən toksinlər daha effektiv şəkildə çıxarılır və saunadan müntəzəm istifadə dərinin bütün təbəqələrini təmizləməyə kömək edir.

Bundan əlavə, nevroloq qeyd edib ki, hamamdan sonra yayın istisinə dözmək xeyli asanlaşacaq.

“Hamam prosedurlarına əks göstərişlər arasında kəskin mərhələdə olan hər hansı xəstəliklər, bədxassəli törəmələr, xroniki hepatit, varikoz damarları göstərilə bilər”, - deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, daha öncə terapevt Andrey Zvonkov ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkən insanların buxar otağına baş çəkərkən diqqətli olmaları barədə xəbərdarlıq etmişdi.


Aysel