İsti şəraitdə plastikdəki su bədən üçün təhlükəli ola bilər.
Yüksək temperaturun təsiri altında plastik suya potensial toksin bisfenol A buraxmağa başlayır.
“Medicina” xəbər verir ki, terapevt Nataliya Koryaqinanın sözlərinə görə, isti havalarda plastik butulkadan su içmək sağlamlıq üçün təhlükəli ola bilər.
“40-50 dərəcəyə qədər qızdırıldıqda, plastik şüşə bisfenol A buraxmağa başlayır. Faydalı su zəhərli kokteylə çevrilir.
Plastikdən ayrılan toksin bədəndə toplana bilər və belə bir yığılma bədəni ürək və damar xəstəliklərinə, autoimmun xəstəliklərə, hormonal balanssızlıqlara, piylənməyə və şişlərə həssaslıq yaradır”.
Günay Quluzadə