Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda nanə çayı için – Qadın xəstəliklərini sağaldır

  • 2019.05.24 16:27
  • 15215 Baxış
Yayda nanə çayı için –  Qadın xəstəliklərini sağaldır

İsti yay aylarında adi qara çay əvəzinə ərəb ölkələrindəki kimi əsl Şərq çayı – nanə çayı için.



Medicina.az xəbər verir ki, nanə çayı sərinləşdirir, təravətləndirir, güc verir, həzmi yaxşılaşdırır, mikrobları öldürür, əsəbləri sakitləşdirir.



Kimlərə nanə çayı məsləhətdir?



-Miqreni olanlara

-Ürək-damar problemi

-Nevrozlara

-Qadın xəstəliklərində - menstruasiyanı bərpa edir, klimaksı yüngülləşdirir, qadın hormonlarını sabitləyir

-Yorğunluq



Kişilər bir qədər az içsə yaxşıdır, çünki kişi cinsi hormonlarını azaldır.



Necə hazırlamalı?



Dəm çaydanına 1 çay qaşığı təzə nanə yarpaqları, 1 çay qaşığı yaşıl çay əlavə edib, qaynar su əlavə edin. 10 dəqiqə dəmləyib, sonra limon qataraq için.

Eləcə isti aylarda bu çaya buz qatıb, sərin də içmək olar.