Qarğıdalı yay fəslində mütəmadi olaraq istifadə etdiyimiz qidalar arasında yer alır.
Medicina.az xəbər verir ki, mütəxəssislər yay aylarında ləzzətlə yeyilən qarğıdalının çox istifadə edildiyi zaman insan sağlamlığına mənfi təsri göstərdiyini açıqlayıblar.
Bəs qarğıdalının zərərləri nədir?
Qan şəkərini yüksəltdiyi üçün diabet xəstələri istifadə etməməlidir.
Həddindən çox yeyilərsə bağırsaqda qaz probleminə səbəb olar. Toplanan qaz həm bağırsaqlara zərər verir həm də qarında şişkinliyə səbəb olur.
Lif baxımından zəngindir. Həddindən artıq istifadə edildiyi zaman mədə problemlərinə yol açır. Həmçinin həzmi çətin olduğundan həzm problemi yaşanır.
Diş və diş ətlərinə zərər verir.
Şəhanə Quliyeva