Kənardan adi gigiyenik norma kimi görünsə də, əllərin yuyulması düşündüymüzdən də vacibdir.
Təhlükəli patogenlərin, bakteriyaların və virusların yayılmasının qarşısını almaq üçün əllər gündə bir neçə dəfə sabun və su ilə yuyulmalıdır.
“Medicina” xəbər verir ki, dermatoloq – onkoloq Natalya Dmitriyevskayanın sözlərinə görə, əllərin müntəzəm yuyulması bağırsaq infeksiyası riskini təxminən 30% azaldır.
“Tualetə getdikdən sonra, yemək hazırlamazdan əvvəl, çiy ət və balığa toxunduqdan sonra, ictimai yerlərə və nəqliyyatla getdikdən sonra əllər mütləq yuyulmalıdır.
Müntəzəm əl yuma SARS və qripdən qorunmağın sübut edilmiş üsuludur .
Ümumiyyətlə, su prosedurları dərini çirklərdən və ölü hüceyrələrdən təmizləyir, məsamələri açır və xoşagəlməz qoxuları aradan qaldırır.
İş yerində əllər iş sonuna kimi 2 dəfə yuyula bilər”.
Günay Quluzadə