Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yayda əl-ayaq qıcolmalarının səbəbi

  • 2023.08.02 18:22
  • 1045 Baxış
Yayda əl-ayaq qıcolmalarının səbəbi
Yay aylarında əzələ qıcolmaları həm susuzluqdan, həm də çox su içməkdən yarana bilər.


“Medicina” xəbər verir ki, nevroloq Vladimir Yeroxinin sözlərinə görə, ətraf mühitin temperaturu yüksək və bədənin nəmlənmə səviyyəsi aşağı olduqda, spazm,qıcolma ehtimalı yüksək olur.

“Öz növbəsində, yayda artan su istehlakı daha sıx tərləmə və sidik ifrazına kömək edə bilər, nəticədə qan damarlarının vəziyyəti və təzyiqin normallaşması üçün vacib olan mineral duzların çatışmazlığı ilə nəticələnir.

Natrium, kalsium, maqnezium və ya kaliumun əhəmiyyətli dərəcədə itirilməsi tutmalara səbəb olur. Bu səbəblə yay aylarında təkcə su deyil, elektrolitli , mineral tərkibli içkilər içilməlidir.

Bundan əlavə, qıcolmalar ayaqlara artan yük, eləcə də uzun müddət hərəkətsizlik səbəbindən baş verə bilər. Bəzi dərmanlar (məsələn, antihipertenzivlər) bədənin maye tədarükünə maneə törətdikləri üçün ayaq spazmlarına səbəb ola bilər.

Ayaq qıcolmaları heç bir səbəb olmadan baş verərsə və ya çox şiddətlidirsə, mütləq həkimə müraciət edin.

Ayaq qıcolmaları periferik arteriya xəstəliyi, həmçinin osteoartrit, neyropatiya və tiroid xəstəliyi kimi dövranı təsir edən şərtlərin əlaməti ola bilər”.

Günay Quluzadə