Son illərdə qeyri-sağlam həyat vərdişləri ucbatından böyrək daşları yetkinlərlə yanaşı, uşaqlarda da çox rast gəlinən problemlə çevrilib.
Mütəxəssislər yayda böyrək daşlarının əmələ gəlmə riskinin artdığını bildirirlər.
Medicina.az xəbər verir ki, uroloq, Dos. Dr. Hakan Özveri şiddətli ağrılarla həyatı kabusa çevirən böyrək daşlarının xüsusilə yay aylarında problemə çevrilməsinin səbəblərindən danışıb.
O bildirib ki, yay mövsümündə həddindən artıq isti və rütubətin təsiri ilə bu problem daha da artır.
Həkim kifayət qədər su istehlakı olmadıqda, orqanizmin itirdiyi mayenin yerini doldura bilmədiyi üçün böyrək daşlarının əmələ gəldyini diqqətə çatdırıb.
“Yüksək natriumlu qidaların - duzlu çərəzlərin, emal olunmuş pendir və ət məhsullarının, fast-foodların istehlakı, eləcə də yüksək zülallı pəhrizlər böyrək daşlarının yaranmasına yol aça bilər”, - deyə həkim qeyd edib.
Onun sözlərinə görə, müalicə olunmayan böyrək daşları gələcəkdə böyrək itkisinə belə gətirib çıxara bilər.
Dr. Özveri bəzi sadə qaydalara diqqət etməklə bu kabusun qarşısını almağın mümkün olduğunu bildirib.
O, böyrəklərə zərər verən 5 əsas səhvi sadalayıb:
1. Az su içmək
2. Həddindən artıq duz istehlakı
3. Tərəvəzlərdən az istifadə.
4. Qeyri-sağlam pəhriz
5. Hərəkətsiz həyat tərzi
Aysel