Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Yayda Bakı metrosunda koronavirusa yoluxma artacaq" - Həkim-infeksionistdən ETİRAZ

  • 2021.05.26 19:17
  • 1987 Baxış
"Yayda Bakı metrosunda koronavirusa yoluxma artacaq"   - Həkim-infeksionistdən ETİRAZ

“Bakı metrosunun fəaliyyətini bərpa etməsi barədə qərarın olmasını müsbət qarşılamıram. Çünki yayda metroda isti qapalı mühitdə yoluxma daha da arta bilər”.

Medicina.az xəbər verir ki, bunu “ARB 24”ün “Nə baş verir?” verilişə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib.

“Havalandırma sistemi nə qədər yaxşı olsa da, insan sayı çox olduğu üçün qapalı məkanda yoluxma artır. Hesab edirəm ki, qarşıdakı 3 ayda metronun bağlı qalması yoluxmanın azalmasına səbəb ola bilər”, - o bildirib.
"Yayda Bakı metrosunda koronavirusa yoluxma artacaq"   - Həkim-infeksionistdən ETİRAZ